Skip to main content

Kurt Kobeyn Mündəricat Həyatı | Ölümü | Xarici keçidlər | Naviqasiya menyusuKurt KobeynNNDBAllMusicDiscogsEncyclopaedia MetallumIMDbMusicBrainzOpen Directory ProjectFind a GraveBritannica (onlayn)140498311034647a11740395XX117427114050526t1191677350000 0001 1068 5005n9407402700620504ola200215066136042136117291609n9900253619773929933907230131766668107

20 fevralda doğulanlar1967-ci ildə doğulanlar5 apreldə vəfat edənlər1994-cü ildə vəfat edənlərƏlifba sırasına görə musiqiçilərABŞ müğənniləriİntihar edən şəxslər


ing.20 fevral19675 aprel1994NirvanaABŞVaşinqtonBeatlesLed ZeppelinBlack SabbathKissMelvinspankNirvanaqrunj-rokDeyv QroluheroinKortni LavMakedoniya RespublikasındaPet SmirAmerikayaRomayaFreddi MerkyuriyVikianbarda










(function()var node=document.getElementById("mw-dismissablenotice-anonplace");if(node)node.outerHTML="u003Cdiv class="mw-dismissable-notice"u003Eu003Cdiv class="mw-dismissable-notice-close"u003E[u003Ca tabindex="0" role="button"u003Egizləu003C/au003E]u003C/divu003Eu003Cdiv class="mw-dismissable-notice-body"u003Eu003Cdiv id="localNotice" lang="az" dir="ltr"u003Eu003Ccenteru003Enu003Ctableu003Enu003Ctbodyu003Eu003Ctru003Enu003Ctd align="center"u003Eu003Cdiv style="padding:1em 1em 1em 1em; font-size:90%; border:1px solid #BFB6A3; background-color:White"u003Enu003Cdiv class="floatleft"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="VikiBahar 2019"u003Eu003Cimg alt="VikiBahar 2019" src="//upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6a/CEE_Spring_Logo_vertical.jpg/40px-CEE_Spring_Logo_vertical.jpg" decoding="async" width="40" height="70" data-file-width="800" data-file-height="1400" /u003Eu003C/au003Eu003C/divu003Eu003Cdiv class="floatright"u003Eu003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1" title="Fauna ayı"u003Eu003Cimg alt="Fauna ayı" src="//upload.wikimedia.org/wikipedia/az/thumb/2/26/Fauna-loqo.png/50px-Fauna-loqo.png" decoding="async" width="50" height="50" data-file-width="200" data-file-height="200" /u003Eu003C/au003Eu003C/divu003Enu003Ca href="https://meta.wikimedia.org/wiki/Azerbaijani_Wikimedians_User_Group/az" class="extiw" title="meta:Azerbaijani Wikimedians User Group/az"u003E"Azərbaycan vikimediaçıları" istifadəçi qrupuu003C/au003E istifadəçiləri 21 mart - 31 may 2019-cu il tarixlərində Mərkəzi və Şərqi Avropa dillərindəki Vikipediyalarda təşkil edilən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003Eu003Cbu003EVikiBahar 2019u003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində iştiraka dəvət edir. u003Csmallu003EParalel olaraq 1-31 mart 2019-cu il tarixlərində davam edən u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Fauna ayı"u003Eu003Cbu003EFauna ayı u003C/bu003Eu003C/au003E məqalə müsabiqəsində də iştirak edə bilərsiniz.u003C/smallu003E Siz də qoşulun və töhfənizi verin!u003Cbr /u003Eu003Cbu003EƏtraflı:u003C/bu003E u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/VikiBahar_2019" title="Vikipediya:Mövzulu ay/VikiBahar 2019"u003EVikiBahar 2019u003C/au003E / u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1" title="Vikipediya:Mövzulu ay/Fauna ayı"u003EFauna ayıu003C/au003E və u003Ca href="/wiki/Vikipediya:M%C3%B6vzulu_ay/Fauna_ay%C4%B1/Plan" title="Vikipediya:Mövzulu ay/Fauna ayı/Plan"u003EPlanu003C/au003E u003C/divu003Enu003C/tdu003Eu003C/tru003Eu003C/tbodyu003Eu003C/tableu003Enu003C/centeru003Eu003C/divu003Eu003C/divu003Eu003C/divu003E";());




Kurt Kobeyn




Vikipediya, açıq ensiklopediya






Jump to navigation
Jump to search










































Kurt Kobeyn
ing. Kurt Cobain
Nirvana around 1992.jpg

1992-ci il MTV mükafatlandırma mərasimi
Sənətçi məlumatları
Doğum adı
Kurt Donald Cobain
Doğum tarixi
20 fevral 1967(1967-02-20)
Doğum yeri
Aberdin, Vaşinqton, ABŞ
Vəfat tarixi
5 aprel 1994 (27 yaşında)
Vəfat yeri
Sietl, Vaşinqton, ABŞ
Vəfat səbəbi
shot to the head
Vətəndaşlığı
Flag of the United States.svg ABŞ
Peşələri
Musiqiçi, bəstəkar
Həyat yoldaşı
Kortni Lav
Uşağı
Frances Bean Cobain


Üslub
Alternativ rok
Qrunj

Ləqəbi
Kurdt Cobain
Musiqi aləti
Vokal, Gitara, Bas gitara
Səs tembri
tenor
Fəaliyyət illəri
1986 — 1994
Albom şirkəti
Sub Pop
DGC Records
Üzvlüyü
Nirvana
IMDb
ID 0001052

İmza

Commons-logo.svgKurt Kobeyn Vikianbarda

Kurt Kobeyn (ing. Kurt Cobain;20 fevral 1967(1967-02-20) — 5 aprel 1994(1994-04-05)) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı.




Mündəricat





  • 1 Həyatı


  • 2 Ölümü

    • 2.1 İntihar məktubu



  • 3 Xarici keçidlər




Həyatı |


Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-ın Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi.


9 yaşına qədər ancaq "Beatles"a qulaq asan Kurt, atasının studiyaların birində işləməsi ilə birlikdə Led Zeppelin, Black Sabbath və Kiss-ə qulaq asmağa başlayır. 16 yaşında Melvins qrupu ilə əlaqə saxlamağa başlayır. Bundan sonra isə gitara çalmağı öyrənir. Orta məktəbin sonuncu sinfində oxuduğu il o öz doğma anası ilə yaşayır. Amma həmin il qiymətləri kafi olmadığı üçün məktəbi başa vura bilmir. Üstəlik anası da onu evdən qovur. Səbəb olaraq isə normal bir iş görmək əvəzinə gitaraya olan həvəsini göstərir. Bundan sonra o dostları ilə yaşamağa başlayır. Hərdən bir pank qruplara qoşulur və mahnı sözləri yazır.


1986-cı ildə bas gitarada ifa edən Krist Novoseliçlə "Nirvana"nı yaradır və qrunj-rok musiqi ifa etməyə başlayır. İlk albomu olan "Bleach"i çixarana qədər Kurt müxtəlif barabançılarla işləyir. Sonralar "Guns’n’Roses" və Şerin də şirkətləri ilə müqavilə imzalayırlar. Bundan sonra, qrup neçə vaxtdır ki, axtardığı barabançını — Deyv Qrolu tapır. Deyvin qrupa qoşulması ilə "Nirvana" mükəmməl bir üçlük olur.


Gitara çalmaq, söz yazmaq və musiqi ifa eləmək çox gözəl idi, ancaq Kurt məşhur olmaq istəmirdi. İnsanların həddindən artıq marağı onu sıxırdı və ona bu cür şeylər çox mənasız gəlirdi. Buna görə də, o bəzən fanatları ilə pis rəftar edirdi. Bir müddətdən sonra Kurtun problemlərinə biri də əlavə olundu — mədə ağrıları. Bu ağrıları sakitləşdirmək üçün o heroin istifadə edirdi. Həm də onun səbəbi bəlli olmayan kürək ağrıları və bəzən səhnə arxasında yuxulamasına səbəb olan narkolepsiya xəstəliyi var idi.


1992-ci ildə o xəstəxanaya müalicə üçün aparıldı. Onun bədəni narkotiklərdən təmizlənərkən, xəstəxananın digər palatasında Kurtun xanımı Kortni Lav uşaq dünyaya gətirdi. 1992-ci il 18 avqustda Kurtun qızı Frensis Bin dünyaya gəldi. Bundan sonra, Kurt stresdən uzaqlaşmaq üçün qrupdan bir müddətlik ayrılmaq istədiyini bildirdi. Qrol və Novoseliç bu sözləri hörmətlə qarşıladılar və qrup bir müddətliyinə fəaliyyətinə fasilə verdi.


1993-cü il aprelin 9-da Makedoniya Respublikasında zorlanmaya məcbur qalanlar üçün konsert verdilər. Oktyabr ayında qrupa Pet Smir qoşuldu. Smir Kurta bir az da olsa müsbət enerji verirdi. 3 aylıq Amerika turnesindən sonra Nyu-Yorkda MTV kanalı üçün UNPLUGGED konsert verdilər. Bu konsertdə Kurt seçmə mahnılar ifa etdi. Onun seçdiyi mahnılar əsasən ölüm və şöhrət haqqında idi.


1994-cü ildəki Avropa turnesindən sonra qrup üzvləri Amerikaya qayıtdığı halda, Kurt Romaya gəldi. 1994-cü ilin 4 martında yaşadığı oteldə güclü təsirə malik Raipnol yuxu dərmanı ilə şampan şərabını bir-birinə həddindən artıq qarışdırdığı üçün komaya düşdü. Amma ərini görmək üçün otağa daxil olan Kortni Lav onu ölümdən xilas edə bildi.


Bu hadisədən sonra Kurt təzədən narkotik müalicəsi aldı. Xəstəxanadan çıxandan sonra Sietla gəldi və ov tüfəngi ilə birlikdə bir otağa girdi və qapını bağladı. 18 mart axşamı Kortni polis çağırdı. Polis evdə 4 tüfəng, 25 qutu mərmi, 38 kalibrlik əl tapançası, 1 ədəd Colt AR-15 yarıavtomatik tüfəng və müxtəlif narkotik vasitələr tapdı.



Ölümü |


8 aprel 1994-cü ildə Qari Smit adlı işıqçı təhlükəsizlik sistemi quraşdırmaq üçün Kobeynin Sietldakı evinə gəldi. O bir neçə dəfə qapını döysə də, açan olmadı. Lakin o qarajdakı Volvo avtomobilini gördükdə ev yiyəsinin qarajda və ya yuxarıdakı oranjereyada olduğunu düşnərək qaraja daxil oldu, daha sonra isə pilləkənlə qarajın üstündəki oranjereyaya qalxdı. Qapının şüşəsindən içəridə yerdə uzanmış adam gördü və düşündü ki, orada kimsə yatıb, amma diqqətlə baxdıqda onun yanında silah və yerdə, başının ətrafında qanı gördü. Saat 08:45-də Qari Smit polisə və yerli radioya zəng etdi. Cəsədin yanında şəxsi əşyalarla bərabər intihar məktubu da var idi.


Hadisə yerinə gələn kriminalistlər belə qənaətə gəldilər ki, Kurt aprelin 5-də ölüb və cəsəd 3 gün hadisə yerində qalıb.


Cəsədin tapılmasından 2 gün sonra o kremasiya olundu.



İntihar məktubu |


"Uşaqca şikayətləri olan, yorulmuş, təcrübəli bir axmaq kimi bu məktubu yazıram. Məncə bu yaxşı başa düşülən bir məktub olacaq. Artıq uzun illərdir ki, oxuyub yazmaqla bərabər qulaq asmaq və yaratmaqda olduğu kimi həyəcan ala bilmirəm. Bunun üçün buraya yaza bilmədiyim bir günahkarlıq hiss edirəm. Məsələn: Səhnədə olanda və işıqlar sönəndə insanların qışqırıqları pərəstişkarı olduğum və qısqandığım Freddi Merkyuriyə təsir edən kimi mənə təsir etmədi. Bu həqiqətdir. Sizin heç birinizi axmaq yerinə qoymaq istəmirəm. Bu nə sizin nə də mənim üçün ədalətli olmazdı. Məncə ən böyük günah insanlara yalan danışıb özümü həddindən artıq əylənirmiş kimi göstərmək olardı. Hərdən səhnəyə çıxmamışdan qabaq saatı yumruqlayıb zamanı dayandırmaq istəyirdim.


Çox çalışdım ki, bunlara dəyər verim.Amma bunu nə qədər elədimsə heç bir xeyri olmadı.Mənim və ya bizim bir çox insanı təsirləndirdiyimiz və əyləndirdiyimiz həqiqətinə hər zaman hörmət edirəm. Mən çox həssasam. Uşaq vaxtı sahib olduğum həvəsi yenidən qaytarmaq üçün bir az yatmağa ehtiyacım var. Son üç konsertimizdə şəxsən tanıdığım insanlara və musiqimizi sevənlərə doğrudan da çox yüksək qiymətləndirdim, amma hələ də hamıya qarşı hiss elədiyim əsəbilik və günahkarlığı özümdən uzaqlaşdıra bilmədim. Hamınızın daxilində bir yaxşılıq yatır və mən insanları doğrudan da çox sevirəm. O qədər çox sevirəm ki bu məni bədbəxt edir. Ehtiras və anlayış andı içən cazibəli bir arvadım və mənim əvvəlki vaxtlarımı xatırladan bir qızım var. Hər kəsi öpən bu nəşəli uşaq ona heç kimin zərər verməyəcəyini çox gözəl bilir. Frensisin özünə zərər verən ölü bir rokçu olduğumu düşünəcəyini fikirləşəndə dəli oluram. Yeddi yaşından bəri insanlara ümumilikdə nifrət edirəm. Ancaq ona görə nifrət edirəm ki insanlarla yola getmək çox asan görünür. Anlayış! Məncə insanları çox sevdiyim və onlara çox yazığım gəldiyi üçün bu da bəs edər. Keçən illərdə məktublarınız və maraqlandığınız üçün mədə ağrısı cəhənnəmindən hamınıza təşəkkür edirəm. Hal-hazırda çox qərarsız və ümidsizəm. Artıq əvvəlki həyəcanımdan əsər belə qalmayıb. Bunu isə yadınızdan çıxarmayın: Sönüb qalmaqdansa, yanmaq daha yaxşıdır. Sülh, sevgi və anlayış ümidilə.


Frensis və Kortni mən həmişə sizin yanınızda olacam.


Xahiş edirəm, Kortni, davam et.


Mən olmadan daha xoşbəxt olacaq qızımın həyatı üçün."



Xarici keçidlər |



  • Kurt Kobeyn — IMDb səhifəsi



Commons-logo.svg
   


Vikianbarda Kurt Kobeyn ilə əlaqəli mediafayllar var.







Mənbə — "https://az.wikipedia.org/w/index.php?title=Kurt_Kobeyn&oldid=4650073"










Naviqasiya menyusu




























(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"1.296","walltime":"1.484","ppvisitednodes":"value":30074,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":102212,"limit":2097152,"templateargumentsize":"value":35912,"limit":2097152,"expansiondepth":"value":28,"limit":40,"expensivefunctioncount":"value":32,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":31,"limit":400,"timingprofile":["100.00% 1420.734 1 -total"," 88.47% 1256.881 1 Şablon:Musiqiçi"," 87.59% 1244.473 1 Şablon:Kartoçka2"," 25.06% 356.034 5 Şablon:Sətirdə_tək-cəm"," 24.84% 352.880 10 Şablon:Str_find"," 24.59% 349.376 10 Şablon:Str_find/logic"," 24.16% 343.212 1 Şablon:Wikidata/p27"," 14.04% 199.508 1990 Şablon:Str_left"," 10.30% 146.399 9 Şablon:Wikidata"," 9.44% 134.186 1 Şablon:Xarici_istinadlar"],"scribunto":"limitreport-timeusage":"value":"0.785","limit":"10.000","limitreport-memusage":"value":16100991,"limit":52428800,"cachereport":"origin":"mw1311","timestamp":"20190318111148","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"Kurt Kobeyn","url":"https://az.wikipedia.org/wiki/Kurt_Kobeyn","sameAs":"http://www.wikidata.org/entity/Q8446","mainEntity":"http://www.wikidata.org/entity/Q8446","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2009-09-21T11:18:37Z","dateModified":"2019-03-15T21:49:56Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/1/19/Nirvana_around_1992.jpg"(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":155,"wgHostname":"mw1329"););

Popular posts from this blog

Андора Зьмест Гісторыя | Палітыка | Адміністрацыйны падзел | Геаграфія | Эканоміка | Дэмаграфія | Крыніцы | Вонкавыя спасылкі | Навігацыйнае мэню"CIA World Factbook entry: Andorra"."Andorra 2008, Departament d'estadística d'Andorra"Андорарр

Інфармацыя пра «Том Ўэйтс» Асноўныя зьвесткіАбарона старонкіГісторыя рэдагаваньняўУласьцівасьці старонкіНавігацыйнае мэню